Ağsu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BUTA.TV xəbər verir ki, hadisə rayonun Aratlı-Curuxlu yolunda qeydə alınıb.
Belə ki, rayonun Bozavand kənd sakini, 1966-cı il təvəllüdlü İsgəndər Baxış oğlu Alıyev VAZ-2106 markalı avtomaşınla həmin yolda hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq kənardakı beton lövhəyə çırpılıb.
Sürücü İsgəndər Alıyev hadisə yerindəcə ölüb. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
- Eynulla Fətullayev "Haqqın"ı satdı - Azərbaycandan gedir
- 14 yaşlı qızla hamamda ölən Yusufla bağlı ŞOK GÖRÜNTÜLƏR yayıldı - VİDEO
- Eynulla Fətullayev “haqqın”ı satdı
- Gömrük bəyannamələrinin ləğvi mümkün olacaq
- Sumqayıtda mühüm konfrans keçirildi - Foto
- Partlayışda ağır yaralanan həkim kimdir? - Foto
- Həftəsonu Bakıda bəzi yollar təmirə bağlanacaq
- İbad Hüseynov Xankəndidə restoran açdı