NATO Bakı ilə İrəvan arasında vasitəçi deyil və danışıqlar prosesinin bir hissəsi kimi təkliflər verə bilməz.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Ermənistanın İctimai Televiziyasına müsahibəsində söyləyib.
“Mən əminəm ki, sülhə nail olmaq olar, bu, realdır, çünki bəzi əsas prinsiplər artıq razılaşdırılıb. Onların arasında hər iki ölkənin ərazi bütövlüyünə hörmət də var”, – Baş katib deyib.
Onun sözlərinə görə, NATO sülhə gətirib çıxara biləcək prinsipləri dəstəkləyir və mövcud fikir ayrılıqlarını həll etmək və aradan qaldırmaq olar.
O, Norveçi misal çəkərək norveçlilərin, isveçlilərin və danimarkalıların əsrlər boyu vuruşduqlarını, lakin bu gün bəzi sərhəd problemlərinin qalmasına baxmayaraq, sülh şəraitində yaşadıqlarını xatırladıb.
Stoltenberqin sözlərinə görə, onun İrəvan və Bakıya mesajı ondan ibarətdir ki, hər iki tərəf davamlı sülhə nail olmaq imkanlarını görməlidir.
Qeyd edək ki, NATO-nun Baş katibi regiona səfəri çərçivəsində Bakı, Tiflis və İrəvanda olub.
- Eynulla Fətullayev "Haqqın"ı satdı - Azərbaycandan gedir
- 14 yaşlı qızla hamamda ölən Yusufla bağlı ŞOK GÖRÜNTÜLƏR yayıldı - VİDEO
- Eynulla Fətullayev “haqqın”ı satdı
- Gömrük bəyannamələrinin ləğvi mümkün olacaq
- Sumqayıtda mühüm konfrans keçirildi - Foto
- Partlayışda ağır yaralanan həkim kimdir? - Foto
- Həftəsonu Bakıda bəzi yollar təmirə bağlanacaq
- İbad Hüseynov Xankəndidə restoran açdı