Almaniya Ukraynaya 500 milyon avroluq hərbi yardım paketi açıqlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius Ramşteyn toplantısında keçirdiyi mətbuat konfransında bildirib.
Qeyd olunub ki, paketə Bundesverin anbarından olan 10 min ədəd artilleriya sursatı, 100 ədəd zirehli maşın və 100 ədəd nəqliyyat vasitəsi daxil olacaq.
Həmçinin bildirilir ki, paketə 180 min artilleriya mərmisi daxildir ki, bu da Çexiyanın Ukrayna üçün 800 min mərmi almaq təşəbbüsünün bir hissəsidir. Çatdırılmaların bu yay başlaması planlaşdırılır.
Bundan əlavə, daha əvvəl Almaniyadan 155 mm çaplı daha 100 min artilleriya mərmisi sifariş edilib və bu mərmilərin bu il çatdırılması planlaşdırılır.
- 14 yaşlı qızla hamamda ölən Yusufla bağlı ŞOK GÖRÜNTÜLƏR yayıldı - VİDEO
- Eynulla Fətullayev “haqqın”ı satdı
- Gömrük bəyannamələrinin ləğvi mümkün olacaq
- Sumqayıtda mühüm konfrans keçirildi - Foto
- Partlayışda ağır yaralanan həkim kimdir? - Foto
- Həftəsonu Bakıda bəzi yollar təmirə bağlanacaq
- İbad Hüseynov Xankəndidə restoran açdı
- Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldıldı - Foto