Biz görürük ki, Bağanisdən Bibişə (1978-ci ildə adı “Berkaber”ə dəyişdirilib – red) qədər bu hissədə Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesinə başlamaq üçün real imkan var.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Tavuş vilayətinin kənd sakinləri ilə görüşündə bildirib.
O bildirib ki, Azərbaycan dörd qeyri-anklav kəndi ilə bağlı məsələ qaldırır, biz isə 31 kənddən danışırıq:
“Azərbaycan belə arqumentdən çıxış edir ki, Ermənistanda heç bir yaşayış məntəqəsinin faktiki ərazisi Azərbaycanın nəzarəti altında deyil, yəni heç bir kəndin yaşayış ərazisi Azərbaycanın nəzarətində deyil. Deyirlər ki, gəlin insanların məskunlaşdığı yerləri azad edək, sonra kəndlərin həyati əhəmiyyət kəsb edən ərazilərindən danışaq. Biz təbii ki, etiraz edirik, deyirik ki, kənd təkcə kənd sovetində ibarət deyil, həm də onun həyati əhəmiyyət kəsb edən ərazisidir. Bizim siyasətimiz ondan ibarətdir ki, biz müharibəyə imkan verməməliyik. Ona görə də biz qərara gəldik ki, bu ərazidə Ermənistan sərhədini tənzimləməliyik. Biz bunu təkcə Ermənistan naminə deyil, həm də konkret olaraq Əskipara (Yuxarı və Aşağı Əskiparanın yaxınlığında kənd, Voskepar – red.) və Kirants kəndləri üçün, bu kəndlərin təhlükəsizliyini təmin etmək üçün edirik”, - Paşinyan qeyd edib.
14 yaşlı qızla hamamda ölən Yusufla bağlı ŞOK GÖRÜNTÜLƏR yayıldı - VİDEO
- Nazir Təranə Əhmədovanı işdən çıxardı - Foto
- Anar Bayramov iki xəstəxanaya rəhbər gətirir
- Azərbaycanın yeni paytaxtı bu şəhər ola bilər
- Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq
- Erməni təcavüzü: İtkin düşənlərin sayı yeniləndi
- Bakıda mühüm forum keçirilir - Foto
- TƏBİB-də yüksək vəzifəyə təyinat
- Hərbi vəzifəlilərin təlim toplanışı başa çatdı