Vətən müharibəsi vaxtı pensiyasından orduya 180 manat ianə etməsi ilə məşhurlaşan Şəkinin Baş Küngüt kənd sakini Hikmət Musayev yenidən gündəmə gəlib.
BUTA.TV xəbər verir ki, pensiyaçı bu dəfə Şəkinin “Şəki City” klubunun başlatdığı yardım kampaniyasına qoşulub. O, pensiyasından 200 manat vəsaiti kluba bağışlayıb.
Bildirilib ki, kampaniyada toplanan vəsait komandanın maddi-texniki bazasının yaxşılaşdırılmasına sərf ediləcək.
Qeyd edək ki, Hikmət baba kimi tanınan Hikmət Musayev Vətən müharibəsi zamanı atdığı addımla böyük rəğbət qazanmışdı. Daha sonra dövlət qurumlarının əməkdaşları onun evində olmuş, eləcə də Şuşaya səfəri təşkil edilmişdi.
14 yaşlı qızla hamamda ölən Yusufla bağlı ŞOK GÖRÜNTÜLƏR yayıldı - VİDEO
Bundan başqa, ötən il Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra Hikmət baba qardaş ölkə üçün Azərbaycanda başlayan yardım kampaniyasına da qoşulmuşdu.
- Azərbaycanda balıq ovu qadağan edildi
- Bu, Qarabağın simasını dəyişir - Əhməd İsmayılov
- Göygöldə qanunsuz tikili söküldü
- Məktəblərdə 6 şagirdə 1 kompüter düşür
- Bakıda əsas yollar bağlanır
- Nazir Təranə Əhmədovanı işdən çıxardı - Foto
- Anar Bayramov iki xəstəxanaya rəhbər gətirir
- Azərbaycanın yeni paytaxtı bu şəhər ola bilər