Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi prosesi Avropa Birliyinin Xarici Əlaqələr Şurasının iclasında müzakirə olunacaq.
BUTA.TV xəbər verir ki, bu barədə Avropa Birliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, bu gün Brüsseldə AB diplomatiyasının rəhbəri Jozep Borrellin sədrliyi ilə keçiriləcək iclasda AB xarici işlər nazirləri ABŞ Dövlət katibi Entoni Blinkenlə onlayn formatda fikir mübadiləsi aparacaqlar.
“Cari məsələlər çərçivəsində ali nümayəndənin Ermənistan və Azərbaycanın problemlərinə, bu iki ölkə arasında münasibətlərin normallaşması prosesinə, eləcə də AB-nin Ermənistana dəstəyinə toxunacağı gözlənilir”, - məlumatda qeyd olunub.
14 yaşlı qızla hamamda ölən Yusufla bağlı ŞOK GÖRÜNTÜLƏR yayıldı - VİDEO
- Azərbaycanda balıq ovu qadağan edildi
- Bu, Qarabağın simasını dəyişir - Əhməd İsmayılov
- Göygöldə qanunsuz tikili söküldü
- Məktəblərdə 6 şagirdə 1 kompüter düşür
- Bakıda əsas yollar bağlanır
- Nazir Təranə Əhmədovanı işdən çıxardı - Foto
- Anar Bayramov iki xəstəxanaya rəhbər gətirir
- Azərbaycanın yeni paytaxtı bu şəhər ola bilər