Ölkəmizin ilk uşaq markası “Shokki Mokki” 8 Mart - Beynəlxalq qadınlar günü münasibəti ilə təşkil olunan tədbiri dəstəkləyib.
Vətənimizin bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərimizin xanımları və onların övladları üçün keçirilən tədbirin təşkilində yaxından iştirak etmiş adıçəkilən marka uşaqların maraqlı vaxt keçirməsi üçün animator dəvət edib, maraqlı müsabiqələr təşkil edib.
Uşaqlara maraqlı hədiyyələrin təqdim edildiyi tədbirdə müxtəlif məşhur müğənnilər də iştirak ediblər.
Qeyd edək ki, “Shokki Mokki” “Xoşbəxt böyüyən sabahlar” şüarına sadiq qalaraq, paytaxt və bölgələrdə yaşayan uşaqların uğurlu gələcəyi üçün müxtəlif layihələr həyata keçirib.
Milli marka tərəfindən reallaşdırılan “Məktəbim” layihəsi çərçivəsində yüzlərlə uşaq məktəbəqədər təhsillə təmin edilir. UAFA təşkilatı birgə həyata keçirilən bu layihə ölkəmizin ən böyük Korporativ Sosial Məsuliyyət layihələrindən biridir.
- Sabah hava necə olacaq?
- TIR-la “Mersedes” toqquşdu: ölən var - Foto
- Kəndlərdə doludur: qramı 100 manata satılır - Foto
- Subbakalavrların ali təhsil müəssisələrinə qeydiyyatı başladı
- DTX-nin saxladığı şəxsə hökm oxundu
- “Azərlotereya” “Bakı Marafonu 2026”nın tərəfdaşı oldu
- Kəndlidən ucuz alınır, Bakıda bir neçə dəfə baha satılır - Səbəb
- Ağgöldən möhtəşəm görüntülər - Video