8 Mart - Beynəlxalq Qadınlar Günü qeyri-iş günü hesab edildiyindən Bakı Metropoliteni QSC-nin iş rejimində dəyişiklik ediləcək.
BUTA.TV quruma istinadən məlumat verir ki, gün ərzində saat 07:00-dan 21:00-a qədər “Həzi Aslanov-28 May” sahəsində qatarların hərəkəti 2,5 dəqiqəlik intervalla tənzimlənəcək.
Qırmızı və Yaşıl xətlərin birləşdiyi “28 May” stansiyasından “İçərişəhər” və “Dərnəgül” istiqamətində qatarların hərəkət intervalı həmin vaxt ərzində iki dəfə artıq olacaq.
Bununla belə, sərnişin axını və hərəkət istiqamətlərindən asılı olaraq, hərəkət qrafiki nəzarətdə saxlanılmaqla, zərurət yaranacağı təqdirdə, ehtiyat qatarlar xəttə buraxılacaq. Stansiyalarda, eləcə də qurğu və avadanlıqlarda müvafiq nəzarət mexanizmləri tətbiq olunacaq.
“Bakmil” stansiyası istiqamətində və əksinə hərəkət edən sərnişinlərdən xahiş olunur ki, martın 8-də qatarların hərəkətinin şənbə günü cədvəlindən istifadə etsinlər.
Martın 9-u və 10-da isə Bakı metropolitenində payız-qış hərəkət qrafikinin tələbləri qüvvədə olacaq.
- Sabah hava necə olacaq?
- TIR-la “Mersedes” toqquşdu: ölən var - Foto
- Kəndlərdə doludur: qramı 100 manata satılır - Foto
- Subbakalavrların ali təhsil müəssisələrinə qeydiyyatı başladı
- DTX-nin saxladığı şəxsə hökm oxundu
- “Azərlotereya” “Bakı Marafonu 2026”nın tərəfdaşı oldu
- Kəndlidən ucuz alınır, Bakıda bir neçə dəfə baha satılır - Səbəb
- Ağgöldən möhtəşəm görüntülər - Video