Təhlükəsizlik arxitekturası regionun özündə formalaşmalıdır, əks halda o, bütün nəticə və təhdidlərlə fövqəldövlətlər arasında münaqişə meydanına çevriləcək.
BUTA.TV xəbər verir ki, bu sözləri Suren Papikyanla Tehranda görüşü zamanı İranın müdafiə naziri Məhəmməd Rza Aştiani deyib.
Aştiani bütün qonşularla münasibətlərin möhkəmləndirilməsinin İranın xarici siyasətinin tərkib hissəsi olduğunu, lakin Ermənistan xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Nazir İranın region ölkələrinin ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsində qətiyyətli mövqeyini bir daha bəyan edib.
Papikyan isə hər iki ölkənin regional sabitliklə bağlı oxşar fikirlərinin olmasının vacibliyindən və regional təhlükəsizliyə nail olmaq üçün əlaqələri daha da sıxlaşdırmağın əhəmiyyətindən danışıb.
- Sabah hava necə olacaq?
- TIR-la “Mersedes” toqquşdu: ölən var - Foto
- Kəndlərdə doludur: qramı 100 manata satılır - Foto
- Subbakalavrların ali təhsil müəssisələrinə qeydiyyatı başladı
- DTX-nin saxladığı şəxsə hökm oxundu
- “Azərlotereya” “Bakı Marafonu 2026”nın tərəfdaşı oldu
- Kəndlidən ucuz alınır, Bakıda bir neçə dəfə baha satılır - Səbəb
- Ağgöldən möhtəşəm görüntülər - Video