Şuşada böyük məmnuniyyətlə həm gedib yaşayacam, həm yaradacam, həm də ürəyimdə bəzi arzularım var ki, onları həyata keçirəcəm.
Kult.az verir ki, bu sözləri xalq artisti Firəngiz Mütəllimova Böyük Qayıdış haqqında rəy və təəssüratlarını bölüşərkən deyib.
Qarabağa insanların böyük həvəslə qayıtmasından fərəh hissi keçirdiyini qeyd edən sənətkar bu prosesdə gənclərin iştirakının vacib olduğunu vurğulayıb.
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır. Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri həyata keçirilir. Bu çərçivədə işğaldan azad edilmiş ərazilərdən olan ziyalıların, gənclərin və müxtəlif peşə sahiblərinin iştirakı ilə videoçarxlar hazırlanır.
Xalq artisti Firəngiz Mütəllimovanın iştirakı ilə hazırlanmış növbəti video çarxı təqdim edirik:
- TIR-la “Mersedes” toqquşdu: ölən var - Foto
- Kəndlərdə doludur: qramı 100 manata satılır - Foto
- Subbakalavrların ali təhsil müəssisələrinə qeydiyyatı başladı
- DTX-nin saxladığı şəxsə hökm oxundu
- “Azərlotereya” “Bakı Marafonu 2026”nın tərəfdaşı oldu
- Kəndlidən ucuz alınır, Bakıda bir neçə dəfə baha satılır - Səbəb
- Ağgöldən möhtəşəm görüntülər - Video
- 53 yaşlı kişi avtobusda qəfil öldü