Ukrayna ordusu bu il əks-hücum əməliyyatı həyata keçirə bilər.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı general-leytenant Aleksandr Pavlyuk bildirib.
"Təşəbbüsü ələ keçirmək üçün hər şey edilir. Bizim bu il vəzifəmiz cəbhə xəttini sabitləşdirmək, düşməni mümkün qədər məhv etmək, bərpaya ehtiyacı olan bölmələri yenidən toplamaq, zərbə qüvvəsi yaratmaq və əks-zərbə əməliyyatlarını həyata keçirməkdir", - quru qoşunları komandiri deyib.
Onun sözlərinə görə, ruslar indi Rusiyadakı prezident seçkilərinə qədər mümkün qədər çox ərazi zəbt etmək üçün hər şeyi edirlər.
- FHN ATU-da maarifləndirmə tədbiri keçirdi
- Ötən ay ən çox yağıntı Bakıya düşüb - Mahmudov
- ABB yenidən ölkə üzrə “İlin ən yaxşı bankı” seçildi!
- Bakıda əməliyyat: saxlanılanlar var - Video
- Sabah hava necə olacaq?
- TIR-la “Mersedes” toqquşdu: ölən var - Foto
- Kəndlərdə doludur: qramı 100 manata satılır - Foto
- Subbakalavrların ali təhsil müəssisələrinə qeydiyyatı başladı