Əməkdar artist, “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun məşhur iştirakçısı, aktyor Bəhram Bağırzadə son paylaşımı ilə gündəmə gəlib.
Kult.az Yenisabah.az-a istinadən xəbər verir ki, yerli telekanallarda yayımlanan müxtəlif sosial verilişlərdən fraqmentləri toplayan aktyor bu səhnələrdən video-çarx hazırlayıb.
Proqramlarda yayımlanan qışqır-bağır görüntülərinə heç bir şərh verməyən sənətçi sözügedən kadrlara təəccüblə baxmaqla kifayətlənib.
Onun bu görüntüləri pərəstişkarlarının marağına səbəb olub. Bağırzadənin bir kəlmə belə demədən sosial verilişləri tənqid edə bilməsi alqışlanıb.
Qeyd edək ki, video-çarxda Xoşqədəm Hidayətqızının, Elgiz Əkbərin və Zaur Baxşəliyevin aparıcısı olduğu verilişlərdən fraqmentlər yer alıb.
- WUF13: Bakıda xüsusi hərəkət zolaqları təşkil ediləcək
- İlham Əliyev fərman imzaladı
- Kəmaləddin Heydərov Xankəndidə vətəndaşları qəbul etdi
- Prezident xalçaçıları təltif etdi
- İntensiv yağış yağacaq - Xəbərdarlıq
- Speys TV-yə yeni direktor təyin edildi
- Qaraheybətdə bədbəxt hadisə: kursant öldü
- Dövlətə xəyanət edən daha bir nəfərə hökm oxundu