“Qarabağ”ın UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyanın “Bayer 04” klubuna qarşı keçirəcəyi ilk oyununu fransalı hakimlər briqadası idarə edəcək.
BUTA.TV xəbər verir ki, oyunun baş hakimi Benoit Bastien olacaq. Ona Hiçam Zakrani və Aurelien Bertomieu kömək edəcəklər. Ehtiyat hakim funksiyasını Ceremi Piqnard yerinə yetirəcək. VAR hakimi Benoit Millot olacaqsa, ona Erik Uattelye kömək göstərəcək. Qarşılaşmanın hakim inspektoru bolqarıstanlı İçko Lozev olacaq.
Qeyd edək ki, martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ”-“Bayer ” oyunu saat 21:45-də başlayacaq. Komandalar arasında cavab görüşü martın 14-də Leverkuzendə təşkil ediləcək.
- Bir "plastik cərrah" barədə protokol tərtib edildi
- Rezidentura imtahanının nəticələri elan edildi
- Rayonlarda güclü külək əsəcək – Xəbərdarlıq
- WUF13: Bakıda xüsusi hərəkət zolaqları təşkil ediləcək
- İlham Əliyev fərman imzaladı
- Kəmaləddin Heydərov Xankəndidə vətəndaşları qəbul etdi
- Prezident xalçaçıları təltif etdi
- İntensiv yağış yağacaq - Xəbərdarlıq