Milli Basketbol Assosiyasiyasında (NBA) mübarizə aparan “Los Anceles Leykers”in oyunçusu Lebron Ceyms yeni rekorda imza atıb.
BUTA.TV xəbər verir ki, 39 yaşlı basketbolçu peşəkar karyerasının 40 mininci (40000) xalını qazanan ilk oyunçu ünvanını ələ keçirib. O, buna “Denver Naqqets"lə görüşdə 26 xal qazanaraq nail olub.
Görüş “Denver Naqqets”in 124:114 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Lebron Ceyms ötən il NBA-da ən məhsuldar basketbolçu rekorduna sahib çıxaraq Kərim Abdul-Cabbarı geridə qoyub.
- Bir "plastik cərrah" barədə protokol tərtib edildi
- Rezidentura imtahanının nəticələri elan edildi
- Rayonlarda güclü külək əsəcək – Xəbərdarlıq
- WUF13: Bakıda xüsusi hərəkət zolaqları təşkil ediləcək
- İlham Əliyev fərman imzaladı
- Kəmaləddin Heydərov Xankəndidə vətəndaşları qəbul etdi
- Prezident xalçaçıları təltif etdi
- İntensiv yağış yağacaq - Xəbərdarlıq