Salyan rayon Pambıqkənd tam orta məktəbində şagirdlər arasında erkən nikah halları qeydə alınıb.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Feysbuk hesabında paylaşım edib. O bildirib ki, məktəbin 11-ci sinif şagirdlərindən biri uşaq dünyaya gətirib.
Bundan başqa, məktəbin yuxarı siniflərində təhsil alan qızlar nişanlı olduqları üçün dərsə gəlməsələr də, jurnalda adları qeyd olunur və qiymətləri yazılır. Bununla bağlı məktəbin direktorunun işi regional təhsil şöbəsi tərəfindən araşdırılır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin rəhbəri Teymur Mərdanoğlu məsələnin nəzarətə götürüldüyünü və araşdırma aparıldığını bildirib.
- Sabirabadda geniş ərazilər su altında qaldı
- Saxta sənəd hazılayan həkimin cəzası bəlli oldu
- Elgizin verilişinin yerinə bu proqram başladı
- Şagirdə şiddət göstərən müəllim tənbeh olundu
- Bu il paytaxt və regionlarda 74 əmək yarmarkası keçirildi
- FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
- Bir "plastik cərrah" barədə protokol tərtib edildi
- Rezidentura imtahanının nəticələri elan edildi