Azərbaycanla Ermənistan arasında sülh prosesi üzrə fiziki görüşlərin vacib əhəmiyyəti var.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
"28-29 fevral tarixlərində Azərbaycan və Ermənistan nümayəndə heyətləri Berlində sülh prosesi üzrə danışıqları davam etdirdilər. Bundan əvvəl sülh danışıqları 7 ay olar ki, keçirilmirdi. 2023-cü ilin yay aylarında heyətlər iki dəfə görüşmüşdülər. Bundan sonra ancaq sülh prosesi ilə bağlı mətn və layihələrin bir-birinə ötürülməsi qeydə alındı. İstənilə halda bu prosesdə fiziki görüşlərin vacib əhəmiyyəti var", - nazir deyib.
C.Bayramov qeyd edib ki, son dövrlər sülh danışıqlarında müsbət dinamika müşahidə olunur:
"İlk olaraq mən Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin Almaniya kanslerinin təşəbbüsü ilə görüşünü qeyd etmək istərdim, hansı ki, bəlli bir fasilədən sonra liderlər arasında bir təmas oldu. Ümumilikdə biz görüşü müsbət qiymətləndiririk. Və həmin o təmasdan sonra da xarici işlər nazirlərinin də görüşü barədə qərar qəbul olundu".
Nazir ümumilikdə sülh prosesi istiqamətində aparılan danışıqları yüksək qiymətləndirib:
“Burada bizim təklifimiz və qarşı tərəfin də qəbul etdiyi yanaşma ondan ibarət idi ki, bundan öncəki müzakirələrdən fərqli olaraq mətn, konkret maddələr üzrə müzakirələr aparmadıq. Ancaq, bir neçə açıq və tərəflərin razılaşmadığı yanaşmalar var. Və biz əsasən həmin məqamların müzakirəsinə iki gün həsr etdik”.
- Sabirabadda geniş ərazilər su altında qaldı
- Saxta sənəd hazılayan həkimin cəzası bəlli oldu
- Elgizin verilişinin yerinə bu proqram başladı
- Şagirdə şiddət göstərən müəllim tənbeh olundu
- Bu il paytaxt və regionlarda 74 əmək yarmarkası keçirildi
- FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
- Bir "plastik cərrah" barədə protokol tərtib edildi
- Rezidentura imtahanının nəticələri elan edildi