Bakı-Sumqayıt yolunda hərəkətdə olan avtomobilin sürücüsü tərəfindən sərnişin daşıması qaydalarının kobud şəkildə pozulması ilə bağlı sosial mediada yayılan videogörüntü Baş Dövlət Yol Polisi İdarəsində araşdırılıb.
İdarənin mətbuat xidmətindən BUTA.TV-a bildirilib ki, araşdırma nəticəsində “Cip” markalı, 77-PU-785 dövlət qeydiyyat nişanlı avtomobillə kobud və təhlükəli qayda pozuntusuna yol verən sürücünün Ceyhun Şirinli olması müəyyən edilib və həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
Qeyd olunub ki, sərnişinin avtomobilindən asılı vəziyyətdə hərəkətinə şərait yaratmaqla həmin şəxsin, eləcə də digər hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə münasibət bəslədiyini nümayiş etdirən C.Şirinlinin inzibati tənbehdən nəticə çıxaracağına və bir daha bu kimi əməllər törətməyəcəyinə dair verdiyi vədə əməl edəcəyinə ümid edir, bununla yanaşı ictimai qınağa səbəb olan belə halların digər sürücülər tərəfindən təkrarlanmayacağına inanırıq.
- Sabirabadda geniş ərazilər su altında qaldı
- Saxta sənəd hazılayan həkimin cəzası bəlli oldu
- Elgizin verilişinin yerinə bu proqram başladı
- Şagirdə şiddət göstərən müəllim tənbeh olundu
- Bu il paytaxt və regionlarda 74 əmək yarmarkası keçirildi
- FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
- Bir "plastik cərrah" barədə protokol tərtib edildi
- Rezidentura imtahanının nəticələri elan edildi