Əgər Donald Tramp ABŞ prezidenti olsaydı, Ukraynadakı münaqişənin qarşısını almaq olardı, ona görə də bu ölkədəki vəziyyətin həllinə ümidlər ona bağlanmalıdır.
BUTA.TV xəbər verir ki, bu fikirləri Macarıstan Baş naziri Viktor Orban Antalya Diplomatik Forumunda çıxış edərkən deyib.
“Mən tam əminəm ki, Rusiyanın Ukraynaya müdaxiləsi zamanı Tramp ABŞ prezidenti olsaydı, bu baş verməzdi. Ona görə də Tramp yenidən prezident olsa, bu müharibəni dayandıra biləcək”, - o bildirib.
Onun sözlərinə görə, ABŞ-ın keçmiş prezidentinin Ağ Evə qayıtması davamlı sülh üçün ilkin şərtdir.
- Sabirabadda geniş ərazilər su altında qaldı
- Saxta sənəd hazılayan həkimin cəzası bəlli oldu
- Elgizin verilişinin yerinə bu proqram başladı
- Şagirdə şiddət göstərən müəllim tənbeh olundu
- Bu il paytaxt və regionlarda 74 əmək yarmarkası keçirildi
- FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
- Bir "plastik cərrah" barədə protokol tərtib edildi
- Rezidentura imtahanının nəticələri elan edildi