Ərinin sevgilisi tərəfindən şiddətə məruz qalan həkim Aynur Əsədova hadisə ilə bağlı açıqlama verib.
Metbuat.az-ın məlumatına görə, A. Əsədli bildirib ki, o həyat yoldaşını onun iş yerində sevgilisi ilə birlikdə tutub:
"Mən ərimin iş yerinə təsadüfən gedib (evin düz yanındadır), onu o qadınla intim vəziyyətdə gördüm. Qadın 1978 təvəllüdlü, Quba rayon sakinidir. Bu qadından yoldaşım canını qurtara bilmir. Ona yoldaşım elə bizim məhəlləyə, evə yaxın ev tutub. Yazışma tutmuşdum.
İş yerində yoldaşımla birlikdə tutdum, qadını söydüm, yoldaşıma da dedim seç, ya o əxlaqsız, ya mən. Bu zaman qadın yumruqla üstümə gəldi. Mən belə şey görməmişəm. Mən qışqıranda isə, ərim mənim ağzımı, başımı tutdu, qadın isə məni vurdu.
Xəbər saytlarına mən verməmişəm. DİN-in mətbuat xidmətindən olub, çox təəssüf. Ailəmdə həll edə biləcəyim bir məsələni ölkə müzakirəyə qoyub".
- Dünyanın ən böyük stadionudur, amma futbol qadağandır - Fotolar
- Bakıda məscidin yanında 2 yaşlı uşaq tapıldı - FOTO
- Türkiyə üzv olmasa, AB ağırlıq mərkəzi olmayacaq - Ərdoğan
- Əliyevlə İran böhranını müzakirə etdik - Meloni
- İrəvandakı sammit Kremli dəli etdi: Bu, üzə tüpürməkdir!
- Bakıda şəhid ailəsini təhqir edən şəxs həbs olundu - Foto
- Gələn ay neçə gün iş olmayacaq?
- AzTV əməkdaşı "torpaq alıcısı" oldu, nələr üzə çıxdı? - VİDEO