Rusiyada saxlanılan sabiq güləşçimizə hökm oxundu

15:16 - 27 Fevral 2024 - KRİMİNAL

 Rusiyada saxlanılan sabiq güləşçimizə hökm oxundu

Rusiyada saxlanılan Azərbaycanın sabiq yunan-Roma güləşçisi Cabbar Yusifi 3 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

BUTA.TV TASS-a istinadən xəbər verir ki, bu barədə Moskva şəhərindəki Basmannı məhkəməsi qərar çıxarıb.

O, qanunsuz olaraq odlu silah, onların əsas hissələrini, döyüş sursatı satmaqda təqsirli bilinib.

Qeyd edək ki, Cabbar Yusifi 2023-cü ilin martında saxlanılıb. İdmançı qaçmaq istədiyi üçün polislər atəş açmağa məcbur qalıblar. Yoxlama zamanı məlum olub ki, saxlanılan şəxs İnterpolun axtarışında olan Cabbar Yusifidir. Rusiya onu qanunsuz silah saxlama, Ukrayna qəsdən adam öldürmə ittihamı ilə axtarıb. Həmin vaxt güləşçinin üzərində tapança aşkarlanıb.

Bu xəbər hal-hazırda çox oxunur
Daha 7 şəhidimiz dəfn olunacaq - Foto

Xatırladaq ki, Cabbar Yusifi daha əvvəl Yeniyetmələrin Olimpiya Oyunlarında yunan-Roma güləşi üzrə Azərbaycan millisinin heyətində çıxış edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol