“Xural” internet telekanalının həbsdə olan rəhbəri Əvəz Zeynallı və Elnur Şükürovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda hökm elan edilib.
Hökmə əsasən, Əvəz Zeynallı 9 il, Elnur Şükürov isə * il azadlıqdan məhrum edilib.
Xatırladaq ki, prokuror Əvəz Zeynallının 10 il, Elnur Şükürovun isə 5 il azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, Əvəz Zeynallı Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan şəxslər tərəfindən dələduzluq törətmək), 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə), 311.3.3-cü (rüşvət alma- təkrar və külli miqdarda törədildikdə), 311.3.4-cü (ağırlaşdırıcı hallarda rüşvət alma), 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) və digər maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1-ci (qabaqcadan əlbir olan şəxslər tərəfindən dələduzluq törətmək), 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) və digər maddələri ilə ittiham irəli sürülüb.
- Emin Ağalarovun ev bağışladığı qazi nələr danışdı? - Video
- Bakıda iki nəfərin ölümü: qatarın işığı yanmayıb? - Video
- 300-dən çox məscid, 500-ə yaxın qəbristanlıq məhv edilib - QAİ
- Ölkədə unun yeni qiyməti bəlli oldu - Siyahı
- "Sahil" metrosu qarşısındakı izdihamla bağlı rəsmi açıqlama
- Badamdarda uçqun təhlükəsi aradan qaldırıldı
- "Sahil" metrosu qarşısında böyük izdiham - Foto
- Ölkədə milli standartlaşdırma ilə bağlı yeni proqram