Sabah toyu olacaq gənc yol qəzasında ölüb.
BUTA.TV Apa-ya istindən xəbər verir ki, hadisə ötən gün Yevlax rayonu ərazisində baş verib. 1996-cı il təvəllüdlü Şəki rayonu Böyük Dəhnə kənd sakini, Elnur Şubay oğlu Abdulayevin idarə etdiyi minik avtomobili yük maşını ilə toqquşub.
Qəza zamanı sürücü E.Abdullayev aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərdən hadisə yerində həyatını itirib. Qeyd edək ki, E.Abdullayev nişanlı olub. O, sabah baş tutacaq qız toyu mərasimi üçün rayona gəlirmiş. Mart ayının 2-də isə öz toyu olmalı idi.
Faktla bağlı araşdırma aparılır.
- Məşhur polkovnikə yüksək vəzifə verildi
- Məcid Xandan Əliyevə: Bu, bizi olduqca kədərləndirdi
- Təyyarə qəzasında yaralanan daha bir nəfərdən xəbər var
- Əsgərlərimizi Qərbi Azərbaycanda qırğına verdiniz - Babacanyan
- İran Azərbaycana qarşı niyə aqressivləşib? - Video
- Əsir düşən azərbaycanlı ilə bağlı XİN-dən açıqlama
- Bakinskinin məhkəməsi: Bakılıyam, tərcüməçi lazım deyil
- Bakı İrəvandan istədiyini bu yolla alacaq - Krılov