Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Misirə 35 milyard dollar dəyərində investisiya yatıracaq.
BUTA.TV xəbər verir ki, bu barədə Misirin rəsmi agentliyi MENA məlumat yayıb.
Bildirilib ki, Misir Baş naziri Mustafa Medbuli, əmlak naziri Asım əl-Cəzzar və BƏƏ investisiya naziri Məhəmməd Həsən əs-Suveydinin iştirakı ilə ölkə tarixinin ən böyük birbaşa investisiya müqaviləsi imzalanıb.
Belə ki, investisiya layihəsi Ras el-Hikme regionunda turizm, əmlak və urbanizasiya sahələrini əhatə edəcək.
Layihənin 15 və 20 milyard dollar olmaqla iki hissədən ibarət olacağı bildirilib. Misir hökumətinin bu layihədən 35 faiz gəlir əldə etməsi gözlənilir.
- Türkiyədə təlimdə atış çalışmaları icra edildi - Video
- Nərgiz Şərifovaya yüksək vəzifə verildi
- Bu ay pensiyaların ödəniləcəyi tarix açıqlandı
- Azərbaycanda bu preparat müvəqqəti tapılmayacaq
- Təmizlik işçisi maşınla köşkün arasında sıxılaraq öldü
- Xəzər dənizində zəlzələ oldu
- Hövsan qəsəbəsində qaz olmayacaq
- Gəncədə günəbaxan tumu sexində yanğın - Video