Kreml təcili surətdə Nikol Paşinyandan “Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyətini dondurub” açıqlamasına aydınlıq gətirməsini istəyib.
BUTA.TV xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Paşinyanın bu vəziyyətdə iki çıxış yolu var:
“O, birinci halda Kremli sakitləşdirəcək açıqlama verərək, KTMT-dən uzaqlaşmanı və ayrılmanı ağrısız və tədricən həyata keçirməyə çalışacaq ki, bu, onun zamanını alacaq. İkinci halda məsələni köklü şəkildə həll etməyə çalışacaq və KTMT-dən ayrılmanın anonsunu verəcək ki, Kremlin zərbələrini Fransa ilə birgə dəf edə bilsin.
Paşinyan tələsdiyinə görə ikinci varianta üstünlük verə bilər. Çünki Paşinyanda belə qənaət var ki, bölgədə yeni toqquşma olarsa, Rusiya Ermənistanı qorumayacaq və Azərbaycan yeni hədəflərinə çatacaq. Ona görə də Paşinyan düşünür ki, o, həm də zamanla mübarizə apardığına görə hadisələri qabaqlamaldır. Paşinyan Parislə ortaq çalışamalar həyata keçirərkən, Kreml də boş dayanmayacaq”.
Politoloq bildirib ki, Paşinyanın bu açıqlaması ilə bölgə yeni dövrə qədəm qoyur.
- Türkiyədə təlimdə atış çalışmaları icra edildi - Video
- Nərgiz Şərifovaya yüksək vəzifə verildi
- Bu ay pensiyaların ödəniləcəyi tarix açıqlandı
- Azərbaycanda bu preparat müvəqqəti tapılmayacaq
- Təmizlik işçisi maşınla köşkün arasında sıxılaraq öldü
- Xəzər dənizində zəlzələ oldu
- Hövsan qəsəbəsində qaz olmayacaq
- Gəncədə günəbaxan tumu sexində yanğın - Video