UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunlarından sonra statistik göstəriciləri açıqlayıb.
BUTA.TV UEFA-ya istinadən xəbər verir ki, "Qarabağ"ın oyunçusu Andrey Lunyov turnirdə ən çox qurtarış edən qapıçıdır. Rusiyalı qolkiper 37 "seyv" edib. Kiprin "Aris" klubundan Vana Alves (30) ikinci, Polşanın "Rakuv" kollektivindən Vladan Kovaçeviç (27) üçüncü yeri tutub.
"Köhlən atlar"ın braziliyalı yarımmüdafiəçisi Julio Romao isə Avropa Liqasında ikili mübarizələrdə ən çox qalib olan oyunçudur. O, 27 dəfə buna müvəffəq olub. Serbiyanın “Baçka Topola” klubundan Milan Radin (22) ikinci, "Aris"dən Culius Szoke (20) üçüncüdür.
Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın "Braqa" klubunu üstələyib. Səfərdə rəqibinə qalib (4:2) gələn Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda əlavə vaxtda məğlub (2:3) olsa da, 1/8 finala yüksəlib.
- "Azercell" “Minlərlə ilmə, bir güc” xalçasını təqdim edib
- WUF13 zamanı yollarda postlar qurulacaq?
- WUF13 zamanı bu, qayda pozuntusu hesab olunacaq
- WUF13 günlərində Bakıda yollar tam bağlanacaq?
- "Qarpız" yükündən 31 kq narkotik çıxdı - Foto
- Azərbaycanda 20 yaşlı tələbə futbol oynayarkən öldü - Foto
- Nazir Bərdənin rəisini Şəmkirə göndərdi
- Türkiyədə təlimdə atış çalışmaları icra edildi - Video