Fransanın müdafiə naziri Sebastyan Lekornunun başçılıq etdiyi nümayəndə heyəti İrəvana rəsmi səfərə gəlib.
BUTA.TV xəbər verir ki, bu barədə erməni mediası yazıb.
Paytaxtın Zvartnots hava limanında fransalı naziri Ermənistanın Baş Qərargah rəisi və müdafiə nazirinin birinci müavini Edvard Asryan qarşılayıb.
Qeyd edilir ki, sabah İrəvanda Lekornu ilə Ermənistan hərbi rəhbərliyi arasında danışıqlar keçiriləcək.
Xatırladaq ki, Lekornu bu gün verdiyi açıqlamada səfərinin “tarixi” olduğunu bildirmişdi, çünki indiyə qədər Fransanın heç bir müdafiə naziri İrəvana gəlməyib.
- "Azercell" “Minlərlə ilmə, bir güc” xalçasını təqdim edib
- WUF13 zamanı yollarda postlar qurulacaq?
- WUF13 zamanı bu, qayda pozuntusu hesab olunacaq
- WUF13 günlərində Bakıda yollar tam bağlanacaq?
- "Qarpız" yükündən 31 kq narkotik çıxdı - Foto
- Azərbaycanda 20 yaşlı tələbə futbol oynayarkən öldü - Foto
- Nazir Bərdənin rəisini Şəmkirə göndərdi
- Türkiyədə təlimdə atış çalışmaları icra edildi - Video