COP26-nın prezidenti Ser Alok Şarma ilə görüşdə enerji transformasiyası sahəsində fəal əməkdaşlıq, COP29 üzrə birgə fəaliyyət imkanları barədə fikir mübadiləsi aparılıb.
Nazirlikdən BUTA.TV-a verilən məlumata görə, İqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Krallığın Parlamentinin İcmalar Palatasının hakim Mühafizəkarlar partiyasından üzvü, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 26-cı sessiyasının (COP26) prezidenti Ser Alok Şarma ilə videokonfrans formatında görüşüb.
İqtisadiyyat naziri Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə iqtisadi-ticari, enerji, qeyri-neft və digər sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb. Ölkəmizdə enerji keçidi, qaz emissiyasının azaldılması ilə bağlı hədəflərimiz, bərpaolunan enerji layihələri, “yaşıl” enerjinin Avropaya ixracı istiqamətində görülən işlər, həmçinin COP29-a hazırlıq haqqında məlumat verilib. Tədbirin Azərbaycan və Birləşmiş Krallıq arasında bərpaolunan enerji və iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlıq üçün yaxşı imkanlar yaratdığı diqqətə çatdırılıb. Birləşmiş Krallığın COP-la bağlı təcrübəsinin öyrənilməsinin Azərbaycan üçün əhəmiyyəti qeyd olunub.
Ser Alok Şarma Azərbaycanla ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu, ölkələrin səmərəli tərəfdaşlıq etdiyini bildirib. COP-la bağlı şəxsi təcrübəsini və COP29-un əsas gözləntilərindən olan maliyyələşmə ilə bağlı fikirlərini bölüşüb.
Görüşdə enerji transformasiyası sahəsində fəal əməkdaşlıq və COP29 birgə fəaliyyət imkanları barədə müzakirələr aparılıb.
- "Azercell" “Minlərlə ilmə, bir güc” xalçasını təqdim edib
- WUF13 zamanı yollarda postlar qurulacaq?
- WUF13 zamanı bu, qayda pozuntusu hesab olunacaq
- WUF13 günlərində Bakıda yollar tam bağlanacaq?
- "Qarpız" yükündən 31 kq narkotik çıxdı - Foto
- Azərbaycanda 20 yaşlı tələbə futbol oynayarkən öldü - Foto
- Nazir Bərdənin rəisini Şəmkirə göndərdi
- Türkiyədə təlimdə atış çalışmaları icra edildi - Video