Xankəndiyə nə vaxt gedə biləcəyik? - Açıqlama

16:28 - 22 Fevral 2024 - GÜNDƏM

 Xankəndiyə nə vaxt gedə biləcəyik? - Açıqlama

İşğaldan azad edilmiş ərazilərə sərnişindaşıma fəaliyyətinin genişləndirilməsi və müxtəlif istiqamətlərdən yeni avtobus marşrutlarının açılması tələbatla yanaşı, mövcud infrastruktur nəzərə alınmaqla tənzimlənir.

Bu sözləri BUTA.TV-a açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat katibi Pərvanə Əliyeva deyib.

P.Əliyeva bildirib ki, işğaldan azad olunmuş ərazilərə səfər zamanı həm sərnişinlərin, həm də ümumilikdə hərəkətin təhlükəsizliyi təmin edilməlidir:

“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən tələbata və hazır olan yol infrastrukturuna uyğun olaraq Bakı-Şuşa, Bakı-Ağdam, Bərdə-Ağdam, Əhmədbəyli (Füzuli)-Şuşa, Tərtər şəhəri-Talış kəndi, Horadiz (Füzuli)-Ağalı (Zəngilan) istiqamətlərdə avtobus marşrutları fəaliyyət göstərir. İşğaldan azad olunmuş digər ərazilərlə bağlı təhlillər aparılır”.

Bu xəbər hal-hazırda çox oxunur
Bu tarixdə Bakıya gedə biləcəm - Nikol Paşinyan

Qeyd edək ki, Yerüstü Nəqliyyat Agentliyi (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə mart ayına olan biletləri 23 fevral saat 11:00-da satışa çıxaracaq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol