AB Avropa Parlamentinə iyunun 6-dan 9-dək keçiriləcək seçkiyə qədər Ukrayna ilə birliyə üzvülüklə əlaqədar danışıqları dayandırmaq qərarına gəlib.
BUTA.TV xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen deyib.
“Hələ də danışıqların çərçivəsi üzərində işləyirik. Təxminlərimə görə, danışıqlar proqramı Avropa seçkisinə qədər deyil, seçkidən sonra hazır olacaq. Çünki müxtəlif danışıqlar mövqelərinin inkişafı səbəbindən bu, vaxt apara bilər. Amma inanıram ki, yayda, yayın əvvəlində hazır olacağıq”, - o bildirib.
Qeyd edək ki, “Politiko” anonim diplomat və rəsmilərə istinadən bildirmişdi ki, bəzi AB ölkələri Ukraynanın Avropa Parlamentinə seçki ərəfəsində birliyə üzv olması ilə bağlı danışıqların başlamasından narahatdır.
- Yüksək vəzifə verilən Nərgiz Şərifova kimdir?
- Qohumunun mağazasını soydu
- İlk dəfə: Aviabiletlər "DigiTravel"lə ABB mobile tətbiqində alınır!
- Keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi
- Cabir ölümünü hiss edirdi - Qardaşı
- WUF13 zamanı bu, qayda pozuntusu hesab olunacaq
- WUF13 günlərində Bakıda yollar tam bağlanacaq?
- "Qarpız" yükündən 31 kq narkotik çıxdı - FOTO