İran MAQATE-nin baş direktoru Rafael Qrossinin İrana səfər cədvəlini təsdiqləmədi.
BUTA.TV xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatının hazırkı rəhbəri Məhəmməd İslami məlumat verib.
“Onun səfəri bizim cədvəlimizə daxildir, ancaq çətin ki, mart ayında olsun. Qrafikdə çox sıxlıq var”, - o bildirib.
Qeyd edək ki, ötən gün MAQATE-nin baş direktoru Rafael Qrossi Tehranın uranı kommersiya ehtiyaclarından daha yüksək səviyyədə zənginləşdirməyə davam etməsindən narahatlığını ifadə edərək, gələn ay İrana səfər etməyi planlaşdırdığını bildirmişdi.
- Dini ekstremist materiallar yayan şəxsə hökm oxundu
- Yüksək vəzifə verilən Nərgiz Şərifova kimdir?
- Qohumunun mağazasını soydu
- Keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi
- Cabir ölümünü hiss edirdi - Qardaşı
- WUF13 zamanı bu, qayda pozuntusu hesab olunacaq
- WUF13 günlərində Bakıda yollar tam bağlanacaq?
- "Qarpız" yükündən 31 kq narkotik çıxdı - FOTO