Sabah Bakının Suraxanı rayonunun qaz təchizatında fasilə yaranacaq.
Bu barədə BUTA.TV-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Qeyd olunub ki, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vüqar Quliyev küçəsində qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması məqsədi ilə fevralın 22-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Təmir-bərpa işləri görülən müddətdə Qaraçuxur qəsəbəsinin Vüqar Quliyev, Fərman Kərimzadə, Əhməd Mehbalıyev, Zaur Şərifov, Rafiq Əlicanov və Yaşar Əliyev küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
- HDQ komandanı Türkiyədə sərgidə iştirak etdi
- Bu nazirlikdə struktur dəyişikliyi edildi
- AAYDA-nın 3 qurumu ləğv olundu
- Dini ekstremist materiallar yayan şəxsə hökm oxundu
- Yüksək vəzifə verilən Nərgiz Şərifova kimdir?
- Qohumunun mağazasını soydu
- Keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi
- Cabir ölümünü hiss edirdi - Qardaşı