Yenidən salınacaq Zəngilan rayonu Alıbəyli kəndi öz ata-baba yurdlarına geri qayıdacaq keçmiş məcburi köçkünlər üçün dayanıqlı şərait və məskunlaşma yaradılmasına dair işlər artıq başlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Şərqi Zəngəzur iqtisadi rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətindən bildirilib.
Bu yaşayış məskəninin konseptual layihəsinin bir hissəsini diqqətinizə təqdim edirik.
Qeyd edək ki, Alıbəyli kəndində birinci mərhələdə 772 sakin üçün 197 fərdi yaşayış evi inşa olunacaq.
Zəngilan rayonun Alıbəyli kəndinin mövcud məskunlaşma ərazisi 103.51 ha ərazini əhatə edir. Layihələndirilən ərazi sahəsi 170.31 ha, birinci mərhələ ərazisi isə 58.25 ha təşkil edir.
- HDQ komandanı Türkiyədə sərgidə iştirak etdi
- Bu nazirlikdə struktur dəyişikliyi edildi
- AAYDA-nın 3 qurumu ləğv olundu
- Dini ekstremist materiallar yayan şəxsə hökm oxundu
- Yüksək vəzifə verilən Nərgiz Şərifova kimdir?
- Qohumunun mağazasını soydu
- Keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi
- Cabir ölümünü hiss edirdi - Qardaşı