Son vaxtlar avtomobillərdə üzərində hüquq-mühafizə orqanlarının adı, yaxud atributları həkk olunmuş aksesuarlardan istifadə halları geniş vüsət alıb.
Baş Dövlət Yol Polisi İdarəsindən BUTA.TV-a verilən məlumata görə, təəssüf ki, əksər hallarda belə aksesuarların asıldığı nəqliyyat vasitələri cəmiyyətdə həmin avtomobilin məhz polis və ya digər hüquq-mühafizə orqanlarının əməkdaşlarına məxsus olması haqda yanlış rəy yaradır. Təbii ki, belə avtomobillərlə törədilən yol hərəkəti qayda pozuntuları da yanlış anlaşılır.
Baş Dövlət Yol Polisi İdarəsi üzərində “POLİS”, “DİN”, “DYP” və sair bu qəbildən olan yazılar həkk edilmiş aksesuarlardan istifadənin əhali tərəfindən birmənalı qarşılanmadığını avtomobil sahiblərinin və sürücülərin diqqətinə çatdırır, bəzi sürücülər tərəfindən belə vasitələrdən sui-istifadə hallarının isə yolverilməz olduğunu bildirir.
- HDQ komandanı Türkiyədə sərgidə iştirak etdi
- Bu nazirlikdə struktur dəyişikliyi edildi
- AAYDA-nın 3 qurumu ləğv olundu
- Dini ekstremist materiallar yayan şəxsə hökm oxundu
- Yüksək vəzifə verilən Nərgiz Şərifova kimdir?
- Qohumunun mağazasını soydu
- Keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi
- Cabir ölümünü hiss edirdi - Qardaşı