Xəbər verdiyimiz kimi, fitnes məşqçi Kamil Zeynallı “Domodedovo” hava limanında saxlanılıb. BUTA.TV xəbər verir ki, sosial şəbəkədə Kamilin Moskvada polis bölməsində olan daha bir videosu yayılıb. Həmin görüntülərdə Zeynallı dəmir barmaqlılar arasında çemodanını bağladığı kadrları əks olunub. Qeyd edək ki, Kamil Zeynallı saxlanılması xəbərini sosial şəbəkə hesabında paylaşdığı videomüraciətdə deyib.
O “Ermənistan məni beynəlxalq axtarışa veribmiş. May ayının 5-dən axtarılırmışam. Buna baxmayaraq, mən 3 dəfə Rusiyaya gəlib-getmişəm. İndi deyirlər, ya səni Ermənistana təhvil verəcəyik, ya da onlar gəlib aparacaqlar. Sabah məni məhkəməyə çıxaracaqlar. Ümid edirəm ki, dövlət qurumlarımız mənə dəstək olarlar, qoymazlar ki, məni onlara təhvil versinlər. İndi bölmədəyəm. Gözləyirəm. İnşallah yaxşı olar”sözlərini dilə gətirib.
- İlham Əliyev bu sərgilərlə tanış oldu
- HDQ komandanı Türkiyədə sərgidə iştirak etdi
- Bu nazirlikdə struktur dəyişikliyi edildi
- AAYDA-nın 3 qurumu ləğv olundu
- Dini ekstremist materiallar yayan şəxsə hökm oxundu
- Yüksək vəzifə verilən Nərgiz Şərifova kimdir?
- Qohumunun mağazasını soydu
- Keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi