Bu gün artıq Novruz bayramının astanasına qədəm qoyduq. İyirmi gün ömrü olan Kiçik çillə öz yerini boz aya verdi.
Bu sözləri BUTA.TV-a açıqlamasında folklorşünas İlhamə Qəsəbova deyib.
“Fevral ayının 20-dən 21-nə keçən gecə boz ay daxil olur. Bu aya boz ay və ya Novruz ayı deyirlər. Kiçik çillə xüsusi ilə təbiət hadisələrinin sərt keçməsi ilə seçilir.
Əslində bu gün “yalançı çərşənbə” adlanır. Bir çox bölgəmizdə simvolik olaraq “yalançı çərşənbə” keçirilir. İnsanlar evlərin yanında balaca tonqallar qalayaraq kiçik çilləni yola salırlar, bayrama hazırlığa sevinirlər. “Yalançı çərşənbə”də heç bir ritual keçirilmir, ayinlər olmur. Bir növ, buna bayram müjdəçisi demək olar”, - Qəsəbova bildirib.
- HDQ komandanı Türkiyədə sərgidə iştirak etdi
- Bu nazirlikdə struktur dəyişikliyi edildi
- AAYDA-nın 3 qurumu ləğv olundu
- Dini ekstremist materiallar yayan şəxsə hökm oxundu
- Yüksək vəzifə verilən Nərgiz Şərifova kimdir?
- Qohumunun mağazasını soydu
- Keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi
- Cabir ölümünü hiss edirdi - Qardaşı