Fevralın 19-da Ukrayna Prezidenti Vladimir Zelenski Kupyansk vilayətində cəbhə xəttinə gedib.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatının mətbuat xidməti məlumat yayıb.
“Zelenski Xarkov vilayətinə səfəri zamanı Kupyanskın müdafiəsi üzrə döyüş tapşırıqlarını yerinə yetirən “Böyük Knyaz Roman” adını daşıyan 14-cü əlahiddə mexanikləşdirilmiş briqadanın batalyon komandanlıq məntəqəsinə baş çəkib”, - qeyd edilib.
Bildirilib ki, Ukrayna dövlət başçısı briqada komandiri polkovnik-leytenant Aleksey Trubnikovun cəbhənin bu hissəsindəki əməliyyat vəziyyəti və Müdafiə Qüvvələrinin bir-birinə yaxın bölmələri ilə qarşılıqlı əlaqə haqqında məruzəsini dinləyib.
- Bakıda 97 yaşlı qadının meyiti tapıldı
- Prezidentin rektor təyin etdiyi Nurəli Yusifbəyli kimdir?
- Onların övladlarının təhsil haqqını dövlət ödəyəcək
- İlham Əliyev onu rektor təyin etdi
- Sumqayıtda ev yandı: Ana və qızı...
- İdman zalında mənşəyi bilinməyən idman qidaları aşkarlandı - Foto
- İlham Əliyev bu sərgilərlə tanış oldu
- HDQ komandanı Türkiyədə sərgidə iştirak etdi