Yəmənin cənub-qərb sahillərində yenidən gəmiyə hücum qeydə alınıb.
BUTA.TV xəbər verir ki, bu barədə İngiltərə Donanmasının Dəniz Ticarət Koordinasiya Mərkəzi məlumat yayıb.
Məlumata görə, fevralın 19-na keçən gecə “Əl-Moxa” liman şəhərindən 35 dəniz mili cənubda insident baş verib:
“Kapitan gəminin bilavasitə yaxınlığında partlayış baş verdiyini və bunun nəticəsində dağıntılar olduğunu bildirib. Eyni zamanda, kapitan bütün ekipaj üzvlərinin təhlükəsizlikdə olduğunu qeyd edib”.
Qeyd edək ki, Bab əl-Məndəb boğazında hücuma məruz qalan yük gəmisi Livan tərəfindən istifadə edilsə də, Britaniyaya məxsus olub.
- Bakıda 97 yaşlı qadının meyiti tapıldı
- Prezidentin rektor təyin etdiyi Nurəli Yusifbəyli kimdir?
- Onların övladlarının təhsil haqqını dövlət ödəyəcək
- İlham Əliyev onu rektor təyin etdi
- Sumqayıtda ev yandı: Ana və qızı...
- İdman zalında mənşəyi bilinməyən idman qidaları aşkarlandı - Foto
- İlham Əliyev bu sərgilərlə tanış oldu
- HDQ komandanı Türkiyədə sərgidə iştirak etdi