Alimlər müəyyən ediblər ki, kovid insan beynindən 20 ilə qədər həyat alır. Bəzi xəstələr üçün infeksiyanın nəticələri ciddi travmatik beyin zədələrinə bənzəyir.
BUTA.TV xəbər verir ki, bu barədə alimlərin araşdırması “Nyus-Medikal” (“News-Medical”) jurnalında dərc olunub.
“Hələ pandemiyanın ilk illərində həkimlər diqqəti “beyin dumanı”na cəlb edirdilər, əsasən də yorğunluq, yaddaş və konsentrasiya ilə bağlı problemlər toplusuna. 2022-ci ildə aparılan araşdırmaya görə, koviddən əziyyət çəkən xəstələrin 46%-i bu problemdən şikayətlənir. Liverpul Universitetinin İnfeksion Neyrobiologiya Laboratoriyasının alimlər qrupu bir il əvvəl koronavirusdan sağalmış xəstələr üzərində araşdırma aparıb. İştirakçılar koqnitiv testdən keçib, qan nümunəsi verib və beyin skanı ediliblər”, - məlumatda deyilir.
Test nəticələrindən məlum olub ki, diqqətlə əlaqəli beyinin bəzi sahələrinin həcmi azalıb və bir sıra biomarkerlər hətta travmatik beyin zədəsini göstərə bilər.
- Bakıda 97 yaşlı qadının meyiti tapıldı
- Prezidentin rektor təyin etdiyi Nurəli Yusifbəyli kimdir?
- Onların övladlarının təhsil haqqını dövlət ödəyəcək
- İlham Əliyev onu rektor təyin etdi
- Sumqayıtda ev yandı: Ana və qızı...
- İdman zalında mənşəyi bilinməyən idman qidaları aşkarlandı - Foto
- İlham Əliyev bu sərgilərlə tanış oldu
- HDQ komandanı Türkiyədə sərgidə iştirak etdi