Türkiyədə özəl məktəblərdə Hellouin və Sevgililər Gününün qeyd edilməsi qadağan edilib.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə Təhsil Nazirliyi məlumat yayıb.
“Özəl məktəblərdə türk millətinin milli, əxlaqi, humanitar, mənəvi və mədəni dəyərlərinə zidd olan, şagirdlərin psixo-sosial inkişafına töhfə verməyən tədbir və şənliklərin keçirilməsi qadağandır”, - məlumatda deyilir.
Qeyd olunur ki, özəl təhsil müəssisələri haqqında əsasnaməyə müvafiq dəyişiklik edilib:
“Bundan sonra Türkiyədə özəl məktəblərdə Hellouin, Sevgililər Günü, Milad və s. ilə əlaqədar bayram tədbirləri keçirilməyəcək”.
- Bakıda 97 yaşlı qadının meyiti tapıldı
- Prezidentin rektor təyin etdiyi Nurəli Yusifbəyli kimdir?
- Onların övladlarının təhsil haqqını dövlət ödəyəcək
- İlham Əliyev onu rektor təyin etdi
- Sumqayıtda ev yandı: Ana və qızı...
- İdman zalında mənşəyi bilinməyən idman qidaları aşkarlandı - Foto
- İlham Əliyev bu sərgilərlə tanış oldu
- HDQ komandanı Türkiyədə sərgidə iştirak etdi