Pekin Rusiyaya öldürücü silah satmır.
BUTA.TV xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Vanq Yi ukraynalı həmkarı Dmitri Kuleba ilə görüşündə deyib.
"Çin heç bir halda vəziyyətdən istifadə etmir və münaqişə zonalarına, eləcə də münaqişə tərəflərinə öldürücü silahlar satmır. Çin qaynar nöqtələrdəki problemlərin siyasi həllinə sadiqdir və sülh danışıqlarını irəlilətməkdə israrlıdır.
Beynəlxalq vəziyyətin necə dəyişməsindən asılı olmayaraq, Pekin ümid edir ki, Çin-Ukrayna münasibətləri normal inkişaf edəcək və iki xalqa fayda verməyə davam edəcək",- çinli nazir bildirib.
- Bakıda başçının köməkçisi öldü - Foto
- Gənc müəllim Cəbrayılda görülən işlərdən yazdı - Foto
- Sumqayıtda maşın yolu çökdü
- Bakıda məktəbdə 7 şagird qoğaldan zəhərləndi - Foto
- DOST Mərkəzində Heydər Əliyevlə bağlı tədbir keçirildi - Foto
- Bakıda 97 yaşlı qadının meyiti tapıldı
- Prezidentin rektor təyin etdiyi Nurəli Yusifbəyli kimdir?
- Onların övladlarının təhsil haqqını dövlət ödəyəcək