Ermənistan Müdafiə Nazirliyi ordunun komandir heyətinin əsgərlərə yaxın günlərdə müharibə olacağı və hazırlaşmaq lazım gəldiyi barədə tapşırıq vermələri ilə bağlı yayılan informasiyanı təkzib edib.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan MN-in məlumatında deyilir.
Bildirilib ki, mediada saytında yayılan xəbərdə “Çəmbərək hərbi hissəsində əvvəlcə mümkün müharibə elan edilib, sonra xəstələrə hərbi hissəni tərk etməyi qadağan ediblər” iddiası həqiqəti əks etdirmir.
“Müdafiə Nazirliyi bildirir ki, heç bir hərbi hissədə xəstəliyin yayılması halı qeydə alınmayıb”, - məlumatda vurğulanıb.
Qeyd edək ki, “Oragir.news” saytı öz mənbələrinə istinadla komandir heyətinin açıq şəkildə yaxın gələcəkdə müharibə gözlənildiyi və ordunun hazır olması ilə bağlı göstəriş verdiyini yazıb.
- Bakıda başçının köməkçisi öldü - Foto
- Gənc müəllim Cəbrayılda görülən işlərdən yazdı - Foto
- Sumqayıtda maşın yolu çökdü
- Bakıda məktəbdə 7 şagird qoğaldan zəhərləndi - Foto
- DOST Mərkəzində Heydər Əliyevlə bağlı tədbir keçirildi - Foto
- Bakıda 97 yaşlı qadının meyiti tapıldı
- Prezidentin rektor təyin etdiyi Nurəli Yusifbəyli kimdir?
- Onların övladlarının təhsil haqqını dövlət ödəyəcək