İtaliya və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Ukraynanın enerji sektoruna sərmayə yatıracaqlar.
BUTA.TV xəbər verir ki, bununla bağlı hər üç tərəfin iştirakı ilə Münhen Təhlükəsizlik Konfransında müqavilə imzalanıb.
İtaliya Xarici İşlər Nazirliyinin məlumatına görə, “Cassa Depositi e Prestiti” maliyyə institutu tərəfindən idarə olunan xüsusi fondun resursları hesabına 100 milyon avro məbləğində subsidiyalaşdırılmış kreditin şərtləri müəyyənləşdirilir.
"Bu vəsaitlə İtaliya Ukraynanın əsas hidroenergetika şirkəti olan "Ukrhidroenerqo"ya dəstək verəcək. İtaliya krediti ümumi dəyəri 200 milyon avro olan proqramın ayrılmaz hissəsinə çevriləcək, bunun 100 milyon avrosu Ukrayna dövlət şirkətinin xeyrinə birbaşa AYİB tərəfindən veriləcək”, - bəyanatda deyilib.
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...
- FHN Heydər Əliyevin xatirəsinə tədbir keçirtdi - Foto
- Bizon Diamond Baku Fashion Week-də: Üç günlük stil, enerji...
- Bakıda başçının köməkçisi öldü - Foto
- Gənc müəllim Cəbrayılda görülən işlərdən yazdı - Foto
- Sumqayıtda maşın yolu çökdü