Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər azyaşlı avtomobilin qapısının təsadüfən kilidlənməsi nəticəsində avtomobildə köməksiz vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən BUTA.TV-a verilən məlumata görə, valideynlərin və ətrafdakıların cəhdlərinə baxmayaraq avtomobilin qapısını açmaq mümkün olmadığından uşağın valideynləri nazirliyin "112" qaynar telefon xəttinə zəng ediblər.
Məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Xilasedicilər xüsusi vasitələrlə qapıları bağlanmış avtomobilin qapısını açaraq 2022-ci il təvəllüdlü uşağı xilas edərək ailəsinə təhvil veriblər.
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...
- FHN Heydər Əliyevin xatirəsinə tədbir keçirtdi - Foto
- Bizon Diamond Baku Fashion Week-də: Üç günlük stil, enerji...
- Bakıda başçının köməkçisi öldü - Foto
- Gənc müəllim Cəbrayılda görülən işlərdən yazdı - Foto
- Sumqayıtda maşın yolu çökdü