UEFA Avropa Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ” və “Braqa” komandaları arasında keçiriləcək cavab oyunu üçün satılan biletlərin sayı açıqlanıb.
Klubdan BUTA.TV-a verilən məlumata görə, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq matça 26 500 bilet satılıb.
Biletlərin qiyməti müvafiq olaraq, 5, 20, 30, 75 və 100 manat təşkil edir. VVIP C və VVIP D sektorları üçün biletlər isə 300 manatdır.
Biletləri Iticket.az-ın satış məntəqələrindən, “Qarabağ”ın Park Bulvardakı fan-şopundan, mərkəzi arenanın və Heydər Əliyev Sarayının kassalarından əldə etmək olar.
Qeyd edək ki, fevralın 22-də keçiriləcək “Qarabağ”-“Braqa” oyunu saat 21:45-də başlayacaq. Portuqaliyadakı ilk matçda Ağdam təmsilçisi 4:2 hesablı qələbə qazanıb.
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...
- FHN Heydər Əliyevin xatirəsinə tədbir keçirtdi - Foto
- Bizon Diamond Baku Fashion Week-də: Üç günlük stil, enerji...
- Bakıda başçının köməkçisi öldü - Foto
- Gənc müəllim Cəbrayılda görülən işlərdən yazdı - Foto
- Sumqayıtda maşın yolu çökdü