Korrupsiyaya qarşı Mübarizə Məhkəməsi müstəntiqin sabiq iqtisadiyyat naziri Vaan Kerobyana qarşı qətimkan tədbiri olaraq 2 ay müddətinə ev dustaqlığının tətbiqi ilə bağlı vəsatətini təmin edib.
BUTA.TV xəbər verir ki, bu barədə erməni mediası yazıb.
Bildirilib ki, sabiq nazirin həbsi ilə bağlı vəsatətin müzakirəsi ötən gün gecə saatlarına qədər davam edib.
Qeyd edək ki, Ermənistan İstintaq Komitəsi İqtisadiyyat Nazirliyində aparılan axtarışlardan sonra 7 nəfəri saxlamışdı. Həmin şəxslər tender zamanı sui-istifadə hallarına yol verməkdə və kənd təsərrüfatı layihəsinin maliyyələşdirilməsindəki pozuntulara görə şübhəli bilinirlər. Saxlanılanlar arasında Ermənistan parlamentinin sədri Alen Simonyanın gəlini Ani Gevorkyan da olub. Daha sonra Gevorkyan yerini tərk etməmək barədə yazılı öhdəlik və zaminlik şərti ilə sərbəst buraxılıb.
Kerobyan bu qalmaqal fonunda vəzifəsindən 14 fevralda istefa verib.
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...
- FHN Heydər Əliyevin xatirəsinə tədbir keçirtdi - Foto
- Bizon Diamond Baku Fashion Week-də: Üç günlük stil, enerji...
- Bakıda başçının köməkçisi öldü - Foto
- Gənc müəllim Cəbrayılda görülən işlərdən yazdı - Foto