Azərbaycan futbolunda oyun alğı-satqısı məsələsi yenidən gündəmə gəlib. Bu məsələdə şübhəli bilinən klublardan biri də "İrəvan"dır.
Komandanın 7 üzvü dünən Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən sorğu-sual edilib.
BUTA.TV xəbər verir ki, bu barədə Publika.az-a "İrəvan"ın baş məşqçisi Nazim Süleymanov məlumat verib. Onun sözlərinə görə futbolçular dindirilsə də, onlarla bağlı qərarı AFFA açıqlayacaq:
"Futbolçularımız dindiriliblər. Buna görə ötən gün "Şamaxı" ilə oyuna 13 futbolçu ilə çıxdıq. Cəmi bir əvəzetmə edə bildik.
Proses davam edir, tək bizim yox, digər klubların da adı hallanır. Yəqin ki, araşdırma prosesi davam edir.Yekun qərarı AFFA açıqlayacaq".
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...
- FHN Heydər Əliyevin xatirəsinə tədbir keçirtdi - Foto
- Bizon Diamond Baku Fashion Week-də: Üç günlük stil, enerji...
- Bakıda başçının köməkçisi öldü - Foto
- Gənc müəllim Cəbrayılda görülən işlərdən yazdı - Foto