Ödənişli yolda əks yola çıxıb sürətlə hərəkət edirlər. Bu adamlara cəza olaraq küçə süpürtdürmək lazımdır.
BUTA.TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Siyavuş Novruzov deyib.
“Bu, digər hərəkət iştirakçıları üçün açıq təhlükə yaradır. Başqa biri də maşını 200 km sürətlə sürür. Hətta özünü çəkib sosial şəbəkələrdə paylaşır. Axı belə olmaz”, - deputat deyib.
S.Novruzov bildirib ki, bu adamlar cərimələnməklə yanaşı ictimai qınaqla da üzləşməlidir:
“Yaxşı olardı ki, bu adamlar belə xətalar etdikdən sonra 15 gün küçə süpürmək və digər ictimai işlərə cəlb edilsin. Bu istiqamətdə qərar qəbul edilsə, bəlkə belə halların qarşısı alınar”.
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...
- FHN Heydər Əliyevin xatirəsinə tədbir keçirtdi - Foto
- Bizon Diamond Baku Fashion Week-də: Üç günlük stil, enerji...
- Bakıda başçının köməkçisi öldü - Foto
- Gənc müəllim Cəbrayılda görülən işlərdən yazdı - Foto