Xaçmazda vətəndaşların etibarından sui-istifadə edərək onlara 3 milyon manatdan artıq ziyan vuran şəxslər - Bakı şəhər sakini Könül Müzəffərova və rayon sakini Ceyhun Əsgərov saxlanılaraq həbs olunublar.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib. Bildirilib ki, K.Müzəffərova tamah niyyəti ilə özgənin əmlakını talama məqsədilə etibarından sui-istifadə etmə və aldatma yolu ilə vahid qəsdlə uzun müddət ərzində ayrı-ayrı şəxslərə vədlər verərək onların ümumilikdə 55 min manat pulunu ələ keçirib.
C.Əsgərov isə bir neçə şəxsin etibarından sui-istifadə etməklə özgənin xüsusilə külli miqdarda əmlakını ələ keçirib və beləliklə zərərçəkmişlərə ümumilikdə 3 milyon manatdan artıq zərər vurub.
Faktlarla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...
- FHN Heydər Əliyevin xatirəsinə tədbir keçirtdi - Foto
- Bizon Diamond Baku Fashion Week-də: Üç günlük stil, enerji...
- Bakıda başçının köməkçisi öldü - Foto
- Gənc müəllim Cəbrayılda görülən işlərdən yazdı - Foto