Xəzər dənizinin Rusiya sahillərində kiçik sərnişin gəmisi batıb.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsi məlumat yayıb.
Məlumata görə, gəmidə 1 kapitan və 2 sərnişin olub.
"İlkin məlumata görə, Xəzər dənizi akvatoriyasında gəmi hava şəraitinin pisləşməsi səbəbindən sahil xəttindən təxminən 7 km məsafədə hərəkət zamanı dalğanın təsirindən çevrilib və göyərtədə olan şəxslər suya düşüb.
Nəticədə gəmidə olan 2 nəfər itkin düşüb, 1 nəfər isə xilas edilib. Xilas edilən şəxs xəstəxanaya yerləşdirilib" - məlumatda bildirilib.
Hazırda itkin düşənlərin axtarışı davam edir.
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...
- FHN Heydər Əliyevin xatirəsinə tədbir keçirtdi - Foto
- Bizon Diamond Baku Fashion Week-də: Üç günlük stil, enerji...
- Bakıda başçının köməkçisi öldü - Foto
- Gənc müəllim Cəbrayılda görülən işlərdən yazdı - Foto