Azərbaycan Respublikasının vətəndaşı Azər Ağayev İrana aparılan 4 övladının taleyindən xəbər tuta bilmədiyini bildirir.
BUTA.TV xəbər verir ki, o, bir müddətdir İranda yaşayan 4 övladının geri qaytarılması üçün Xarici İşlər Nazirliyindən kömək istəyir.
Azər Ağayev deyib ki, həyat yoldaşı internetdə tanış olduğu kişi ilə əlbir olaraq övladlarını saxta sənədlərlə İrana aparıb. O, övladlarını geri qaytarmaq məqsədilə ötən ilin noyabr ayından İranda olduğunu, ancaq buna nail ola bilmədiyini söyləyib.
“Mənə verilən məlumata görə, həyat yoldaşım Xalidə Mehbalıyeva İranda müəyyən qüvvələrlə əməkdaşlığa cəlb edilib. Onun Qasım Süleymani ilə birgə fotoşəkli də var. Məhz elə bu kimi səbəblərdən də İran polisi məhkəmə şikayətimə baxmır, qaldığım otellərdən qovuluram. Övladlarımı mənə qarşı çeviriblər”.
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...
- FHN Heydər Əliyevin xatirəsinə tədbir keçirtdi - Foto
- Bizon Diamond Baku Fashion Week-də: Üç günlük stil, enerji...
- Bakıda başçının köməkçisi öldü - Foto